ishiq

İŞIQ

MediaTech şirkəti biznes üçün mürəkkəb işıq modullarından adi lampalara qədər işıqlandırma həllərini istehsal edir. Komandamız konsepsiyanı yaradır və ideyaları hazırlayır, sistemi layihələndirir, işıqlandırma avadanlığının çatdırılmasını həyata keçirir, elektrik quraşdırma və işə salma – sazlama işlərinin tam kompleksini yerinə yetirir, işçiləri təlimatlandırır və avadanlığa xidmət göstərir.

Biz işıqlandırma həllərinin geniş diapazonunu təklif edirik:

  • studiyaların işıqlandırılması və işıqlandırma avadanlığının asılması üçün studiya sistemləri
  • teatr işıqlandırması, teatr asma sistemləri və səhnə mexanikası
  • konsert – əyləncə işıqlandırma sistemləri
  • arxitektur asma
  • işıqların idarə olunması və tənzimlənməsi sistemləri

Studiyaların işıqlandırılması Studiyaların işıqlandırması televiziya çəkilişləri və kinofilmlərin çəkilişləri zaman səhnələrin yaradılmasında mühüm rol oynayır. Peşəkar işıqlandırma təkcə tələb olunan aydınlıq səviyyəsini təmin etmir. O, tələb olunan əhval ruhiyəni yaratmaq imkanını verir, eləcə də, işıq dizaynerləri tərəfindən hazırlanmış kompozisiya və konsepsiyaları dəstəkləyir. İşıqlandırma çox böyük əhəmiyyətə malikdir. Bu zaman mühüm amillər qismində rənglərin mükəmməl ötürülməsi, sabit rəng temperaturları və rənglərin maksimal dəqiq təqdim olunması çıxış edir.

Teatr işıqlandırması və teatr asma sistemləri, səhnə mexanikası Teatr işıqlandırması yüksək tələblərə cavab verməlidir. Televiziya və kinodan fərqli olaraq teatr qoyuluşu kameraların yerləşmə bucaqlarını yazmaq, redaktə etmək və dəyişmək imkanlarını vermir. Teatr işıqlandırması üçün istifadə olunan işıq mənbələri çox dəqiq olmalı və səhnədə bu və ya digər rejissor quruluşunu nəzərə alaraq, rəng qammasını yaratmalıdır. Belə olan hallarda sabit rəng temperaturları, yüksək aydınlıq və müasir, idarə olunan qaldırıcı sistemlər tələb olunur.

Konsert – əyləncə işıqlandırmasının məqsədləri təsirli effektlər və valehedici atmosferin yaradılmasıdır. İşıqlandırmanın düzgün seçimi artistlərə tamaşaçılar qarşısında tam gözəlliklə görünməyə yardım edir. Musiqiçilər və ya estrada artistləri səhnəyə çıxan zaman işıq əhvalıötürməlidir, musiqi konseptinə, ritmə uyğun olmalıdır. İşıq istehsalçılarının məhsul çeşidləri hər il dəyişir, zamanla birgə addımlamaq imkanını verən yeni işıq həlləri yaranır.

Arxitektur işıqlandırma effektiv olmalıdır, arxitektur həllərə diqqət çəkməli və eksklyuzivliyi qeyd etməlidir. Yaradılan effekt xarakteri göstərməli və evin və ya küçənin xarici görünüşünə təsir etməlidir, beləliklə də, kompleksin cəlbediciliyini artırmalıdır. Müxtəlif rənglər müxtəlif əhval yaradır: sakit və funksional əhvaldan rahat ev şəraiti əhvalına qədər. Təklif etdiyimiz həllərin mühüm məqamlarından biri elektrik enerjisinə qənaətdir.

İşıqlandırma baxımından əqli idarəetmənin kompleks konsepsiyaları enerjiyə qənaət etmək üçün böyük potensiala malikdir və texniki xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldır.