Sony yeni HDC-P50 və HDC-3500 (HD-4K) sistem kameralarını təqdim etdi

Sony yeni  HDC-P50 və  HDC-3500 (HD-4K) sistem kameralarını təqdim etdi

Sony dörd ədəd yeni nəsil  sistem kameralarını təqdim etdi. HDC-P50 və  HDC-3500 4K-modellərinin əsasında dünyada ilk dəfə olaraq  təsvirin tam kadrlı köçürülməsi və genişlənmiş dinamik diapazonla (HDR) 2/3 düym tip ölçülü 4K matrisasından ibarət elektron optik lifli modullarından istifadə olunur. HDC-3100 və  HDC-3170 HD modelləri üç matritsalı analoji elektron-optik bloka əsaslanıb.

Sony HDC–P50 — POV (Point of View) sinfindən kompakt, sistemli 4K kameradır. Çox dəqiq texnologiya üzrə yaradılmış matrisanın yeni modulu xüsusi prizmanın köməyi ilə üç ədəd 4K-matrisa arasında işıq axınını paylaşdrır; Belə sxem ITU-R BT.2020 peşəkar rəng məkanını təmin edir. HDC-P50 kamerası, 4K HDR televiziya yayımlarına ən yüksək tələblərə müvafiq təkrarolunmaz təsvir formalaşdırır. 4K HDR-ın siqnalın aydın və dəqiq səsi bilavasitə kameranın korpusundan gəlir. Ondan əllə çəkiliş, stedikam ilə kombinasiyada, kabelsiz çəkiliş üçün və hətta, məsələn, uçuş aparatlarına quraşdırmaq üçün istifadə etmək olar.

HDC-3500 — çiyinüstü sistemli 4K-kameradır. O, həmçinin IP-yayım imkanıyla, xüsusi  keyfiyyətli 4K/HD  HDR-kontentinin yaradılması üçün nəzərdə tutulmuşdur. Ötürücü modulla yan panel — növbəlidir; istifadəçilər zəruri olduqda üç paneldən: optiki, triaksial və ya kabelsiz paneldən hər hansı birini quraşdıra bilərlər, həm də panellərin dəyişdirilməsi Sony  sistem kameralarının unikal interfeysi  sayəsində çox sadədir.

HDC-3100 və HDC-3170 — optiki (HDC-3100)  və triaksial (HDC-3170) interfeyslərlə yeni nəsil sistem HD-kameralarıdır. Onlarda, 4K-modellərində olduğu kimi, təsvirin tam kadrlı köçürülməsi ilə 2/3 düym tip ölçülü üç matrisadan ibarət moduldan istifadə olunur. Bu kameralar yüksək keyfiyyətli HD-kontentinin yaradılması üçün mükəmməldir, onlar HDR formatlarını və SMPTE ST В HDC-3170 standartlarını dəstəkləyirlər, 3-cü nəsil  triaksial əlaqə    texnologiyası istifadə olunur, bu kameranı 1,8 kilometrə qədər uzunluğa malik kabellə qoşmaq olar.

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + twenty =