

ATEM Television Studio HD-kütləvi tədbirlərdə və kiçik studiyalarda istifadə etmək üçün, dünyada ilk kompakt və ucuz video mikşerdir. Avadanlığın üzərində 1080p/60 formatına qədər müxtəlif formatları dəstəkləyən 8 müxtəlif cihazı qoşmaq üçün 4 HDMİ və 4 SDİ girişi var. Daxili sinxronlaşdırma texnologiyası hətta qeyri peşəkar çəkiliş texnikası istifadə olunduğunda görüntünü dəyişmək imkanı verir.
İki Model
Model seçimi iş prosesinin tələblərindən asılıdır. ATEM Television Studio HD geniş funksionala sahib olmaqla, çox aşağı form-faktoru ilə seçilir. ATEM Television Studio HD-nin quraşdırılmış idarəetmə paneli ilə təchiz olunması, dinamik canlı yayım şəraitində daha sürətli kadr dəyişməsini təmin edir.
Hər iki model canlı yayım sinfinə daxil olmaqla, efir verilişlərinin hazırlanması, teleserial, veb yayım, kütləvi tədbirlərin çəkilişi üçün nəzərdə tutulub.