video-az

VİDEO

Hal-hazırda biz həyatımızı televiziya və radiosuz təsəvvür edə bilmirik.MediaTech şirkəti Azərbaycan və MDB dövlətləri ərazisində teleyayım və kino istehsalatı üçün layihələrin həyata keçirilməsi məqsədilə tam həll kompleksini təqdim edir.

Biz təklif edirik:
Televiziya studiyaları üçün həllər.

Əgər Sizə nümunəvi layihə, eksklüziv həll və ya telekanalın sıfırdan tam yaradılması lazımdırsa, biz Sizə dünyanın ən yaxşı istehsalçılarından, proqram və aparat həlləri əsasında yüksək texnoloji layihəni təklif edəcəyik.Biz sizin məqsədləriniz üçün optimal olan yeni televiziya kompleksi sahəsini layihələndirməkdə və ya köhnəlmiş sahənin modernləşdirilməsində yardım edəcəyik:

  • Operator texnikası sexi
  • Aparat – studiya bloku
  • Efir aparat otağı
  • Televiziya Jurnalist Kompleksi (TJK)
  • Qrafik və quraşdırma kompleksləri
  • Media – aktivlərin saxlanılması və idarə olunması serverləri
  • Kommutasiya avadanlığı və siqnalın ötürülmə sistemləri

Səyyar televiziya stansiyalarının (STS) quraşdırılması. Bizim səyyar televiziya stansiyaları layihələrimiz innovasiya həlləri və iş yerlərinin erqonomik yerləşməsi ilə fərqlənir. Düşünülmüş video – audio trakt istismar xüsusiyyətlərini nəzərə alır. Bütün maşınlarda tələb olunan temperatur və səs izolyasiyası normalarına ciddi şəkildə riayət olunmuşdur. Biz STS – nın lisenziyalaşdırılması üçün tələb olunan bütün zəruri sənəd və sertifikatların tam paketini təqdim edirik.

Kino studiyaları və post – prodakşn üçün avadanlıq kompleksi. Biz kino istehsalı üçün uyğunlaşdırılmış tələb olunan çəkiliş avadanlığını, operator texnikasını və zəruri quraşdırma və qrafik kompleksləri təklif edirik. Biz kino istehsalının daxilini bilirik, çünki çəkiliş prosesinin təşkilində böyük təcrübəyə malikik. Bizim həllərimiz və texnologiyalarımız keyfiyyətli təsviri təmin edəcək və bədii, sənədli filmlərin, serialların, animasiya filmlərinin, reklam roliklərinin və videokliplərin istehsal müddətlərini əhəmiyyətli dərəcədə azalmış olacaq.

İdman obyektləri üçün videotrakt üzrə həllər. Sistem inteqratoru kimi biz yeni idman kompleksləri və mövcud idman komplekslərinin modernləşdirilməsi üçün televiziya infrastrukturunun layihələndirilməsini və tikintisini təklif edirik. Bizim əsas məqsədimiz –beynəlxalq idman federasiyalarının müasir idman kompleksləri üçün bütün tələblərinə cavab verən televiziya infrastrukturunu layihələndirməkdən ibarətdir. Bizim mütəxəssislərimiz 2015 – ci ilin Avropa Oyunlarına və 2017 – ci ilin İslam Oyunlarına hazırlıq vaxtı ekspert statusuna layiq görülmüşlər.

İnteraktiv həllər, təhsil müəssisələri üçün tədris prosesinin vizualizasiyası və inzibati idarələr üçün video həllər. Müasir yüksək texnologiyalar dövründə, hər bir müasir təşkilatda informasiyanın video təsviri üzrə interaktiv sistem, video konfranslar sistemi, məlumatların saxlanılma sistemi və daxili televiziya sistemi mövcud olmalıdır. MediaTech şirkətinin mütəxəssislər komandası sizin tədris prosesinizin, inzibati və təşkilati prosesinizin inkişaf etdirilməsi üçün bütün lazımi həlləri layihələndirməkdə və həyata keçirməkdə yardımçınız olacaq.