AUDIO 2025

📍 TheWoo — Peşəkar səs sisteminin quraşdırılması

📍 TheWoo — Peşəkar səs sisteminin quraşdırılması

Bu restoran layihəsi çərçivəsində Mediatech şirkəti tərəfindən daxili və açıq zonaları əhatə edən kompleks səs sistemi layihələndirilmiş və quraşdırılmışdır. Sistem restoranın bütün sahələrində, o cümlədən zal və açıq terras hissəsində bərabər və keyfiyyətli səs örtüyü təmin etmək məqsədilə hazırlanmışdır.

Həll məkanın akustik xüsusiyyətləri və açıq mühitdə istismar şərtləri nəzərə alınaraq həyata keçirilmişdir. Sistem qonaqlar üçün komfortlu fon musiqisi təmin edir və müxtəlif zonalarda səsin çevik idarə olunmasına imkan yaradır.


Həyata keçirilmiş audio həlli

Daxili səsləndirmə sistemi

  • Restoran daxilində bərabər səs paylanmasını təmin etmək üçün divar tipli dinamiklər Bose DesignMax DM5SE quraşdırılmışdır
  • Restoran mühiti üçün uyğun təmiz və balanslı fon musiqisi
  • Avadanlıqların interyerə estetik şəkildə inteqrasiyası

Açıq məkan səsləndirmə sistemi (Terras)

  • Açıq mühitdə istifadə üçün nəzərdə tutulmuş hava şəraitinə davamlı dinamiklər Bose FreeSpace FS2SE quraşdırılmışdır
  • Xarici mühitdə stabil və etibarlı işləmə
  • Açıq zonalarda bərabər səs örtüyünün təmin edilməsi

Gücləndirmə və idarəetmə sistemi

  • Sistemin stabil işləməsini təmin etmək üçün dörd kanallı güc gücləndiricisi Bose PowerSpace P4300A istifadə edilmişdir
  • Səs mənbələrinin və zonaların idarə olunması üçün rəqəmsal audio prosessor Bose ControlSpace CSP-428 inteqrasiya edilmişdir
  • Tədbirlər və çevik istifadə üçün əlavə olaraq portativ akustik sistem Bose S1 Pro+ tətbiq edilmişdir

FOTOQALEREYASİ

Bütün layihələr

Digər layihələr