Əlyazma Çıxarılması Texnologiyası
Məruzəçinin olduğu yerdən asılı olmayaraq, əlyazma çıxarılması funksiyası, lövhənin ya da ekranın hər hansı bir söz və ya diaqramın genişlənmiş reallıq texnologiyası sayəsində tamaşaçıların baxış sahəsində qalmasını təmin edir.
Xüsusi resurslar olmadan məzmun yaratma
Xromokey olmadan kompüter qrafikasının yerləşdirilməsi sayəsində məruzəçi müxtəlif animasiyalar, şəkillər və ya qrafik məlumatları xüsusi bir studiya və ya peşəkar yardım olmadan real zamanda təsirli kontent yarada bilər.
PTZ kameraları ilə avtomatik obyekt izləmə
REA-C1000, məruzəçinin hərəkətlərini dəqiq və hamar şəkildə tutmaqla izlənməsini təmin edir ki, bu da onun bütün təqdimat boyunca foksda və kadrda qalmasına imkan yaradır. Bu həll mühazirə zalları, konfrans zalı üçün idealdır və böyük investisiyalar və ya xüsusi təlim keçmiş kadrların olmasını tələb etmir.
Fokus Sahəsinin kəsilməsi – Full HD
Fokus sahəsi yaratdıqda, bir kameradan gələn görüntü bir anda iki çıxış kimi ötürülə bilər. İstifadəçi 4K-da əsas hərəkətsiz görüntünü kəsə bilər. Məruzəçinin hərəkətlərinə bağlı olaraq, kəsilən sahə həm statik, həm də dinamik ola bilər.
Dinləyiciləri ekranda baş verənlərə cəlb etmək
Texnologiya REA-C1000 prezentasiya dinləyicilərinin hərəkətlərini tanıyır və onlara cavab verir. Məsələn, dinləyicinin ayağa qalxdığı təqdirdə, REA-C1000 onun üzərində fokslanmaq üçün, kameranı bu şəxsə yönəldə və avtomatik olaraq elektron zoom başlada bilər. Təhsil seansları zamanı, tələbələrin reaksiyasını izləmək üçün və ya sual-cavab şəklində iş təqdimatları zamanı bu çox rahatdır.