Skip to content Skip to footer

Sony yeni HDC-P50 və HDC-3500 (HD-4K) sistem kameralarını təqdim etdi

Sony dörd ədəd yeni nəsil  sistem kameralarını təqdim etdi. HDC-P50 və  HDC-3500 4K-modellərinin əsasında dünyada ilk dəfə olaraq  təsvirin tam kadrlı köçürülməsi və genişlənmiş dinamik diapazonla (HDR) 2/3 düym tip ölçülü 4K matrisasından ibarət elektron optik lifli modullarından istifadə olunur. HDC-3100 və  HDC-3170 HD modelləri üç matritsalı analoji elektron-optik bloka əsaslanıb.

Sony HDC–P50 — POV (Point of View) sinfindən kompakt, sistemli 4K kameradır. Çox dəqiq texnologiya üzrə yaradılmış matrisanın yeni modulu xüsusi prizmanın köməyi ilə üç ədəd 4K-matrisa arasında işıq axınını paylaşdrır; Belə sxem ITU-R BT.2020 peşəkar rəng məkanını təmin edir. HDC-P50 kamerası, 4K HDR televiziya yayımlarına ən yüksək tələblərə müvafiq təkrarolunmaz təsvir formalaşdırır. 4K HDR-ın siqnalın aydın və dəqiq səsi bilavasitə kameranın korpusundan gəlir. Ondan əllə çəkiliş, stedikam ilə kombinasiyada, kabelsiz çəkiliş üçün və hətta, məsələn, uçuş aparatlarına quraşdırmaq üçün istifadə etmək olar.

HDC-3500 — çiyinüstü sistemli 4K-kameradır. O, həmçinin IP-yayım imkanıyla, xüsusi  keyfiyyətli 4K/HD  HDR-kontentinin yaradılması üçün nəzərdə tutulmuşdur. Ötürücü modulla yan panel — növbəlidir; istifadəçilər zəruri olduqda üç paneldən: optiki, triaksial və ya kabelsiz paneldən hər hansı birini quraşdıra bilərlər, həm də panellərin dəyişdirilməsi Sony  sistem kameralarının unikal interfeysi  sayəsində çox sadədir.

HDC-3100 və HDC-3170 — optiki (HDC-3100)  və triaksial (HDC-3170) interfeyslərlə yeni nəsil sistem HD-kameralarıdır. Onlarda, 4K-modellərində olduğu kimi, təsvirin tam kadrlı köçürülməsi ilə 2/3 düym tip ölçülü üç matrisadan ibarət moduldan istifadə olunur. Bu kameralar yüksək keyfiyyətli HD-kontentinin yaradılması üçün mükəmməldir, onlar HDR formatlarını və SMPTE ST В HDC-3170 standartlarını dəstəkləyirlər, 3-cü nəsil  triaksial əlaqə    texnologiyası istifadə olunur, bu kameranı 1,8 kilometrə qədər uzunluğa malik kabellə qoşmaq olar.

BAŞLAMAĞA HAZIRSINIZMI ?

Müasir brendlər üçün kreativ həllər hazırlayırıq.

MediaTech qabaqcıl video, audio və işıqlandırma həlləri sahəsində aparıcı sistem inteqratorudur. Məqsədimiz müştərilərimizə ən qabaqcıl texnologiya və müstəsna xidmət göstərməklə onların ideyalarını həyata keçirməyə kömək etməkdir. Daha çox

Sualınız varmı?

+994 12 434 78 57

Bizimlə əlaqə saxlayın

office@mediatech.az

© 2024. All Rights Reserved. MediaTech. 

Created by