Sony Professional yeni HDC R Series studiya kameraları ilə canlı yayım və televiziya istehsalı üçün daha yüksək görüntü keyfiyyəti və çevik iş imkanları təqdim edir.
Yeni seriyaya HDC-5500R, HDC-3500R və HDC-3200R modelləri, həmçinin müvafiq RV versiyaları daxildir. Kameralar 2/3 düymlük Global Shutter 3-CMOS sensor texnologiyasından istifadə edərək peşəkar 4K görüntü istehsalını təmin edir.
Sony HDC R Series-in əsas xüsusiyyətləri:
-
4K HDR görüntü istehsalı
-
Global Shutter 3-CMOS sensor sistemi
-
Extended Dynamic Range texnologiyası
-
Müxtəlif işıqlandırma şəraitləri üçün Multi Sensitivity rejimləri
-
HDR və SDR formatlarında paralel istehsal imkanları
-
Studiyalar və səyyar televiziya stansiyaları üçün çevik inteqrasiya
Yeni HDC R Series kameraları televiziya kanalları, idman yayımı, canlı konsertlər və böyükmiqyaslı tədbirlərin çəkilişi üçün nəzərdə tutulub.
Sony Professional Azərbaycanda – Mediatech Azerbaijan
Mediatech Azerbaijan televiziya kanalları və prodakşn studiyaları üçün Sony Professional kameralarının seçilməsi, təchizatı və sistem inteqrasiyası üzrə rəsmi tərəfdaşdır. Yeni HDC R Series modelləri haqqında ətraflı məlumat üçün mütəxəssislərimizlə əlaqə saxlaya bilərsiniz.