Yayım

ARB 24-də studiya istehsalının yeni standartı

Müştəri
ARB
İl
2026
Sahə
Yayım
Yer
Baku, Azerbaijan
ARB 24-də studiya istehsalının yeni standartı — Baku, Azerbaijan, 2026

Layihə haqqında

ARB 24 televiziya kanalı üçün televiziya məzmununun hazırlanması və efirə verilməsi prosesini birləşdirən müasir inteqrasiya olunmuş aparat-proqram studiya kompleksi qurulmuşdur.

Kompleksin əsasını çoxformatlı idarəetmə və canlı efirdə yüksək etibarlılıq təmin edən Sony XVS-G1 Multiformat Switcher təşkil edir. Çəkilişlər üçün istifadə olunan Sony PXW-Z280 səyyar kamera dəstləri həm studiyada, həm də səyyar şəraitdə yayıma uyğun yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verir.

Godox peşəkar studiya işıqlandırması kadrın dərinliyini və rənglərin təbii görünüşünü vurğulayan dəqiq işıq mühiti yaradır. Proses Cinegy AIR Pro proqram təminatı ilə tamamlanır və materialların sabit və idarəolunan şəkildə efirə verilməsini təmin edir.

Qurulan bu infrastruktur ARB 24 komandasına daha sürətli, çevik və texnoloji imkanlarla işləməyə şərait yaradır, tamaşaçılara yüksək keyfiyyətli televiziya məhsulu təqdim etməyə kömək edir.

Digər layihələr

Bütün layihələr →

Oxşar layihə planlaşdırırsınız?

Tələblərinizi yazın — həlli və smetanı hazırlayaq.

WhatsApp