LIGHT 2025

Baku TV studiyasında işıq sisteminin yenilənməsi: mövcud fermada SWIT işıqları və DMX idarəetməsi

Baku TV studiyasında işıq sisteminin yenilənməsi: mövcud fermada SWIT işıqları və DMX idarəetməsi

Baku TV studiyasında aparılmış modernləşdirmə çərçivəsində köhnə işıq proyektorları sökülüb, onların yerinə SWIT markalı yeni studiya işıqları quraşdırılıb, amma mövcud tavan ferması və asma konstruksiya olduğu kimi saxlanıb. Məqsəd konstruksiyanı dəyişmədən işıq sistemini daha keyfiyyətli və idarəolunan hala gətirmək idi.

Yeni işıq avadanlığı müxtəlif gücə malik SWIT proyektorları daxildir; onlar aparıcı, qonaqlar və fon üçün əsas, doldurucu və vurğu işıq sxemi yaradacaq şəkildə eyni ferma üzərində yerləşdirilib. Yeni panellər daha sabit parlaqlıq və rəng temperaturu verir, kamera üçün daha təmiz görüntü təmin edir.

Layihənin əsas yeniliklərindən biri DMX idarəetmə sisteminin tətbiqi oldu.
İşıqlar DMX kontrolerlərinə qoşulub və onların işi ayrı DMX pultu vasitəsilə idarə olunur. Bu, işıqçıya hər bir proyektora ayrıca toxunmadan, mərkəzləşdirilmiş şəkildə parlaqlığı, qrupları və hazır səhnələri dəyişmək imkanı verir. Müxtəlif veriliş formatları — xəbər, müsahibə, üçün ayrıca səhnələr yazmaq və bir neçə düymə ilə həmin işıq sxemini aktivləşdirmək mümkündür.

SWIT işıqlarının elə həmin köhnə ferma üzərində yerləşdiyini, kabellərin və DMX xətlərinin konstruksiya boyunca səliqəli şəkildə çəkildiyini görmək olar. Məhz bu cihazlar DMX üzərindən idarə olunur və müxtəlif səhnələr üçün fərqli işıq səviyyələri təyin edilir.

Nəticədə Baku TV mövcud fermadan istifadə etməklə studiyada faktiki olaraq yeni işıq sistemi qurub:
SWIT işıqları, DMX kontrolerləri və ayrıca DMX pultu sayəsində işıqlandırma daha çevik, idarəolunan və efir tələblərinə uyğun hala gətirilib.

FOTOQALEREYASİ

Bütün layihələr

Digər layihələr