ATV uzun illərdir ki, intensiv televiziya istehsalı mühitində fəaliyyət göstərir: paralel efirlər, hazır verilişlərin hazırlanması, arxiv işi və davamlı video axını. Zaman keçdikcə mövcud videoqəbul sistemi stabil işləmə və sürət baxımından tələblərə tam cavab verməməyə başladı. Məqsəd tamamilə yeni bir şey icad etmək deyil, mövcud iş axınını qorumaqla sistemi daha müasir və etibarlı platformaya keçirmək idi.
Yeni əsas kimi Cinegy Capture seçildi. Layihənin ideyası sadə, amma praktik idi:
mövcud Cinegy mühitini, istifadə loqikasını və operatorların iş vərdişlərini qoruyub saxlamaq, yalnız arxa plandakı texniki bazanı yeniləmək.
Bu gün sistem 8 kanal üzrə eyni vaxtda videoqəbul və saxlama imkanı verir. Bunun üçün 4 ədəd HP server quraşdırılıb və onlar Nvidia qrafik kartları ilə təchiz olunub. Bu konfiqurasiya çoxkanallı rejimdə sabit işləmə və ehtiyat performans imkanı yaradır. Bütün həll 50 Gbit şəbəkə infrastrukturu üzərində işləyir ki, bu da böyük həcmdə video məlumatın gecikməsiz ötürülməsi və emalı üçün kifayət qədər geniş zolaq təmin edir.
Cinegy Capture konfiqurasiyası elə qurulub ki, sistem bir neçə formatda video materialla işləyə bilir və interlace rejimində olan siqnalları da problemsiz qəbul edir. Bu, televiziya mühitində çox vacibdir, çünki müxtəlif tip mənbələr və formatlar ilə eyni anda işləmək tələb olunur və iş axınını dəyişmədən uyğunluq təmin edilməlidir.
İdarəetmə tərəfində də xüsusi üstünlüklər var. Sistem mərkəzləşdirilmiş şəkildə:
-
kontrol kompüterdən idarə olunur — operator aktiv kanalları, yazı statusunu və serverlərin vəziyyətini real vaxtda izləyə bilir;
-
əlavə olaraq web interfeys mövcuddur, bu da sistemə uzaqdan çıxış imkanı verir: vəziyyəti yoxlamaq, prosesləri izləmək və müəyyən əməliyyatlara nəzarət etmək üçün mütləq server otağında olmaq lazım deyil.
Bu yanaşma sistemi mövcud infrastrukturun təbii davamına çevirir: mühəndislər və operatorlar yeni interfeys öyrənmək məcburiyyətində qalmadan, tanış Cinegy mühitində işləməyə davam edirlər, sadəcə daha sabit və güclü platforma üzərində.
Cinegy daxilində olan scheduler də öz rolunu davam etdirir. O, əvvəlcədən hazırlanmış efirlərin, planlaşdırılmış materialların və avtomatik tapşırıqların idarə olunmasına cavabdehdir. Layihə çərçivəsində bu loqika dəyişdirilməyib — sadəcə onun işlədiyi baza yenilənərək daha dayanıqlı hala gətirilib.
Nəticə etibarilə, ATV üçün bu layihə yalnız texniki “update” deyil, gündəlik işin keyfiyyətində real dəyişiklik deməkdir:
-
köhnə iş prinsipi qorunub saxlanılıb;
-
sistem daha sabit və sürətli olub;
-
idarəetmə kontrol kompüter və web interfeys vasitəsilə daha rahat həyata keçirilir;
-
Sürət şəbəkə sayəsində çoxkanallı video axını daha etibarlı şəkildə idarə olunur.
Bu, kanalın gələcək inkişafı üçün güclü texniki baza yaradan mühüm addımdır.