Sony dörd ədəd yeni nəsil sistem kameralarını təqdim etdi. HDC-P50 və HDC-3500 4K-modellərinin əsasında dünyada ilk dəfə olaraq təsvirin tam kadrlı köçürülməsi və genişlənmiş dinamik diapazonla (HDR) 2/3 düym tip ölçülü 4K matrisasından ibarət elektron optik lifli modullarından istifadə olunur. HDC-3100 və HDC-3170 HD modelləri üç matritsalı analoji elektron-optik bloka əsaslanıb.
Sony HDC–P50 — POV (Point of View) sinfindən kompakt, sistemli 4K kameradır. Çox dəqiq texnologiya üzrə yaradılmış matrisanın yeni modulu xüsusi prizmanın köməyi ilə üç ədəd 4K-matrisa arasında işıq axınını paylaşdrır; Belə sxem ITU-R BT.2020 peşəkar rəng məkanını təmin edir. HDC-P50 kamerası, 4K HDR televiziya yayımlarına ən yüksək tələblərə müvafiq təkrarolunmaz təsvir formalaşdırır. 4K HDR-ın siqnalın aydın və dəqiq səsi bilavasitə kameranın korpusundan gəlir. Ondan əllə çəkiliş, stedikam ilə kombinasiyada, kabelsiz çəkiliş üçün və hətta, məsələn, uçuş aparatlarına quraşdırmaq üçün istifadə etmək olar.
HDC-3500 — çiyinüstü sistemli 4K-kameradır. O, həmçinin IP-yayım imkanıyla, xüsusi keyfiyyətli 4K/HD HDR-kontentinin yaradılması üçün nəzərdə tutulmuşdur. Ötürücü modulla yan panel — növbəlidir; istifadəçilər zəruri olduqda üç paneldən: optiki, triaksial və ya kabelsiz paneldən hər hansı birini quraşdıra bilərlər, həm də panellərin dəyişdirilməsi Sony sistem kameralarının unikal interfeysi sayəsində çox sadədir.
HDC-3100 və HDC-3170 — optiki (HDC-3100) və triaksial (HDC-3170) interfeyslərlə yeni nəsil sistem HD-kameralarıdır. Onlarda, 4K-modellərində olduğu kimi, təsvirin tam kadrlı köçürülməsi ilə 2/3 düym tip ölçülü üç matrisadan ibarət moduldan istifadə olunur. Bu kameralar yüksək keyfiyyətli HD-kontentinin yaradılması üçün mükəmməldir, onlar HDR formatlarını və SMPTE ST В HDC-3170 standartlarını dəstəkləyirlər, 3-cü nəsil triaksial əlaqə texnologiyası istifadə olunur, bu kameranı 1,8 kilometrə qədər uzunluğa malik kabellə qoşmaq olar.