Broadcast 18 Sep 2026

IBC 2026: Yayım texnologiyalarının gələcəyi – AI, IP və proqram əsaslı istehsal

IBC 2026: Yayım texnologiyalarının gələcəyi – AI, IP və proqram əsaslı istehsal

Amsterdamda keçirilən IBC 2026 sərgisi media və broadcast sənayesinin inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi.

Amsterdamda keçirilən IBC 2026 sərgisi media və broadcast sənayesinin inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi. Bu il əsas diqqət süni intellektin istehsal proseslərinə inteqrasiyasına, SMPTE ST 2110 əsaslı IP infrastrukturlarına, avtomatlaşdırmaya, software-defined broadcast həllərinə və daha çevik hibrid istehsal modellərinə yönəldi.

Sony: yeni nəsil kameralar və software-defined broadcast Sony IBC 2026-da professional istehsal ekosisteminin bir sıra yeniliklərini nümayiş etdirdi. Yeni HDC R Series sistem kameraları 2/3" Global Shutter 3CMOS sensorları, 4K görüntü, HDR/SDR istehsalı və müxtəlif işıqlandırma şəraitinə uyğunlaşdırılmış yeni çəkiliş imkanları təqdim edir. Sony həmçinin AI əsaslı avtomatik kadrlaşdırma funksiyasına malik SRG-AS10 və SRG-XS10 PTZ kameralarını, yeni FX5 Cinema Line kamerasını, DWX Gen4 rəqəmsal simsiz mikrofon sistemini və Cinema Line kameraları üçün RM-DP5 / RM-DP7 idarəetmə həllərini nümayiş etdirdi. IP və proqram əsaslı infrastrukturlar istiqamətində isə Sony Group şirkəti Nevion-un yeni MOXELA platforması diqqət çəkdi. Platforma canlı video, audio və data siqnallarının aşağı gecikmə ilə emalı və ötürülməsini həm lokal serverlərdə, həm də private/public cloud mühitində həyata keçirməyə imkan verir.

Bütün xəbərlər